Ayrılığın ürəyimə dərd olub
Əzabından sevinc payım qərq olub
Qüssədən baxçamda güllər də solub
O güllərin xatirinə qayıt gəl
Sənsiz könlüm sanki qara bağlayır
Hicran odu ürəyimi dağlayır
Gözlərimdən şəlalələr çağlayır
O gözlərin xatirinə qayıt gəl
Sevgimizin xatirinə qayıt gəl
Bu gözlərin xatirinə qayıt gəl
Eşqimizin xatirinə qayıt gəl
O günlərin xatirinə qayıt gəl
Sənsiz məndən dəniz, bulaq, çay küsüb
Günəş də inciyib, ulduz, ay küsüb
Gülşənlər saralıb, bülbüllər susub
Bülbüllərin xatirinə qayıt gəl
Həsrət gözü yanağıma salıb iz
Yaşayıram indi eşqsiz, həvəssiz
Gün var idi, qala bilmirdin mənsiz
O günlərin xatirinə qayıt gəl
Sevgimizin xatirinə qayıt gəl
Bu gözlərin xatirinə qayıt gəl
Eşqimizin xatirinə qayıt gəl
O günlərin xatirinə qayıt gəl