Aygün Kazımova - Qayıt Gəl lyrics

Published

0 162 0

Aygün Kazımova - Qayıt Gəl lyrics

Ayrılığın ürəyimə dərd olub Əzabından sevinc payım qərq olub Qüssədən baxçamda güllər də solub O güllərin xatirinə qayıt gəl Sənsiz könlüm sanki qara bağlayır Hicran odu ürəyimi dağlayır Gözlərimdən şəlalələr çağlayır O gözlərin xatirinə qayıt gəl Sevgimizin xatirinə qayıt gəl Bu gözlərin xatirinə qayıt gəl Eşqimizin xatirinə qayıt gəl O günlərin xatirinə qayıt gəl Sənsiz məndən dəniz, bulaq, çay küsüb Günəş də inciyib, ulduz, ay küsüb Gülşənlər saralıb, bülbüllər susub Bülbüllərin xatirinə qayıt gəl Həsrət gözü yanağıma salıb iz Yaşayıram indi eşqsiz, həvəssiz Gün var idi, qala bilmirdin mənsiz O günlərin xatirinə qayıt gəl Sevgimizin xatirinə qayıt gəl Bu gözlərin xatirinə qayıt gəl Eşqimizin xatirinə qayıt gəl O günlərin xatirinə qayıt gəl