Qaraqan - Leykemiya lyrics

Published

0 1081 0

Qaraqan - Leykemiya lyrics

[Verse 1] Qaranlıq gecələrdə susur yiyəsiz köpəklər Haradasa, kiçik mənzillərdə döyünür ürəklər Hansısa stalinkada baxır gözlər düz tavana Səhərin xronikası, çaxılıb beynə tapança Hansısa küçələrdə boyanır al rəngə asfalt Kimsə kişi kimi dözür, çoxusu çıxır arvad Dırnaq, cırmaq, qolda qolbaq, axmaq Sonda içki, yataq, bu qızı bağlı otaqda Kimsə iyrənir dəri rəngindən, dözür pula görə Və kimsə ağlayır gecə məsciddə baxışlar göyə Və kimsə axtarır zaman divarında çatlar Axmaq, zaman bu oyunda heç vaxt qalmır dalda Bu amansız dalğa, dənizdən qisas almaq Oğlunu yada salmaq, meyid əvəzi qəbirdə torpaq Qorxaq, gəl üzək dərinə, yapış əlimdən Bağışla, yox, qayıt, orada nəfəs alma dərindən Qaranlıq gecələrdə susur yiyəsiz köpəklər Hardasa, kiçik mənzillərdə döyünür ürəklər Hansısa stalinkada baxır gözlər düz tavana Qəzetdə kiçik xəbər, çaxılıb beynə tapança Bakının laxtalanır yaraları və xronikası Görəsən, arxivində neçə meyid qalıb yiyəsiz? Görəsən, hansı keçmiş dostlar bizi yada salır? Və neçəmiz bu dünyadan köçəcək fatihəsiz? [Chorus] Həkimlər qoyur diaqnoz, müəllimlər dərs tapşırır Svetofor dəyişir rəngin, polislər sərt baxışlı Hakimlər vurur çəkic, əsgərlər olur şəhid Şairlər yazır şeir, məndə isə leykemiya (2x) [Verse 2] Qış, payız, şəhərin sürətinə tab gətirmədim Və hər növbəti addım yaralarıma səpir qəmi Düzəlmir heç kəs - bu öyrəndiyim ilk dərs Göydəki dəli rəssamlar bax necə çəkir səni Tətik mənim son dostum və köməyim Bakıdan business cla**la cəhənnəmə ürəyim Mən dözmədim, mən dözə bilmədim Ümid dayanacaqlarında xoşbəxtlik qatarını nə qədər gözlədim O gəlmədi... Və köhnə stalinkada kərpic divarlar Bir neçə saniyə sonra qonşuları yuxudan oyadar Bir neçə saat sonra polislər və boz paqonlar Bir neçə həftə sonra baş xəbər arxivdə solar Bir nəfər çox, bir nəfər az - əhali sayı dəyişmir Bir nəfər var, bir nəfər yox - bu sadəcə statistika Bir nəfər lal, bir nəfər kor, bir nəfər ac, bir nəfər tox Bir intihar, bir istintaq, və yaddaşından poz Qaranlıq küçələrdə hürür yiyəsiz köpəklər Qapısı bağlı mənzillərdə can verir ürəklər Dahilər məhv olur zamanla, sovrulur küləklə Dahilər məhv olur zamanla, sovrulur küləklə Qaranlıq küçələrdə hürür yiyəsiz köpəklər Çənədən soyuq güllə, tavanda qanlı çiçəklər Bir neçə saniyə ölümün gecikdikcə addımları Sonuncu təbəssümlə yadına salır yaxınları [Chorus] Həkimlər qoyur diaqnoz, müəllimlər dərs tapşırır Svetofor dəyişir rəngin, polislər sərt baxışlı Hakimlər vurur çəkic, əsgərlər olur şəhid Şairlər yazır şeir, məndə isə leykemiya (2x)