Qaraqan - Balıqların Duası lyrics

Published

0 1197 0

Qaraqan - Balıqların Duası lyrics

Yəqin ki qeyri ciddi gəlir, uzun illər şeirlər yazmaq Mövzular eyni qaranlıq və qaranlıqda azmaq Geriyə baxma, bu gün nə görürsənsə dünəni eyni Səkkiz il keçdiyim yollarda qoca dilənir eyni Yoxmu zaman? Ya başqa işlə məşğul olmaq Başqa şeydə məşhur olmaq, pul qazanmaq Daha çox sıfıra sahib olub sevinmək, daha yaxşı geyinmək Daha çox foto albom fərqli şək**ərdən gülmək Yəqin ki qeyri ciddi gəlir, bir addım belə dəyişməyib yol Amma ki həyat ciddiyə almaq üçün çox qısa dost Bu gün sabah və artığ sarı yarpaqlar Bir az da qaç ürəydən, büküləcək bel və ayaqlar Yat daha çox qadınla, dad ətrini saçlarının Qoy yaddaşında gözəl gözlər dərin nəfəs qalsın Daha çox şəhərlər gəz, ölkələrdə ol qonaq və Tüstü şərab və rəqslər davam etsin həvəs qalsın.. Nəfəs alsın və nəfəs versin zəif ağ ciyərlər Uzun illər yığdığımız qızılları xərcləyək və Və yetmiş yaşda sonuncu pullara alıb fahişə Və onun çirkli qollarından sağollaşaraq getmək.. Yenə çəkir tilovunu zaman Onun toruna düşən balıqlarıq Aman Deyin varmı Allah, bu qədər çəkdik əziyyət Yoxsa balıqlarçün olmur cənnət Çəkir uzun tilovunu zaman Onun toruna düşən balığlarıq Aman Kömək etmir Allah, nə qədər çəksək əziyyət Yəqin balıqlarçün olmur cənnət Balıqlar yaranır ölməyçün, məqsəd sadəcə üzməydi Anlamadan dünyanı, sevgini, ruhu Onlar sadəcə sümükdən və ətdəndir, ölümləri torda Boğulur quruda və dadlı şam yeməyi olur Ağaclar da kəsilməyçün, odun olmaqçün, ölmək Görəsən insanın varmı bir taleyi ya əfsanə Nağıllardı, bütün müqəddəs kitablar susur və Tanrı susur inanırığ sözünə ancağ alimlərin Mənim dinim qoca çinar altında düşüncələr Mənim sirrim pərdəni açmışam çılpaq pəncərə Mənsə iblis və tanrı arasında qoymadan fərq Hər birini dinləməy və Sonda çıxarmaq nəticə Fəlsəfənlə, ya dərin elmlərlə tapa bilməzsən Yatmağ istəməyi düşünməklə heç vaxt yata bilməzsən Kənara da ata bilməzsən içindəki suallar Cavablar göy qurşağı həm yaxında həm uzağda Bəlkə elə budur səhv nələrisə düşünməklə Həyatın ləzzətlərinə xətt çəkməy üç dörd cümləylə İçimdəki səs səhvdi bəlkə, yox heç nə müqəddəs Və həyat bitir doğulub, çoxalıb, ölməklə Yenə çəkir tilovunu zaman Onun toruna düşən balıqlarıq Aman Deyin varmı Allah, bu qədər çəkdik əziyyət Yoxsa balıqlarçün olmur cənnət Çəkir uzun tilovunu zaman Onun toruna düşən balığlarığ Aman Kömək etmir Allah, nə qədər çəksək əziyyət Yəqin balıqlarçün olmur cənnət