Qaraqan - Metamarfoza lyrics

Published

0 1063 0

Qaraqan - Metamarfoza lyrics

[Verse 1] Şeytanla üzbəüz hələ ölməyib yumor Hələ ölməyib gözlərində hələ də var qürur Budaqlar, otaqda qəribə kölgə Üzündə qırışlar, onunla bir dağılır ölkə Qapı arxadan bağlı, dağılıb zibilqabı Yastıqda laxtalanmış qan, o artıq deyil insan Baş verib metamarfoz, Kafkanın personajı O sanki dəniz quldurlarına uduzub apardaşı Bilək, ülgüc, ürək durub, zamanın çatlarında qan Damır tavan, beyin çəkic tantantantantan Qulaq dolu pambıq, pəncərələr mıxlanıb Nədir bu paranoya? Ya bu nə cür adlanır? Uçur pərvanələr, zəif işıqlı lampa Otaqda keçmiş sahiblərdən miras qalan karma Gəlir qəribə səslər, elə bil, kimsə gəzir Gözünün qarşısında bütün həyatı, durur nəbzi [Chorus] (2x) Heç kəs gəlməsin, heç kəs gəlməsin Mən burada təkəm, qoy qalım tək mən Heç kəs gəlməsin, heç kəs gəlməsin Qoy qalım tək mən, qoy qalım tək mən [Verse 2] Qonşu otaqda ana söyüşləri və radio səsi Verir rezonans öskürəyə plastik pəncərəsi Qıraqda köhnə kamod içində köhnə sirlər Başlayır pristuplar, sancı, revmatizm, dizlər Həyatı sanki puzzle, çatışmır bir hissəcik Və bu bir hissəciyə görə də görünmür mənzərə Son epizod qaranlıq, payızdan son yadigar Onun ürəyində vulkan, beyin zəlzələ Allahı aldatmaq, ya şeytanla səmimi söhbət? Son arzu - Lalə, son dəfə onu görmək Geyinib əvvəlki tək, bəzənib əvvəlki tək Bir qutu Rafaello, bir də bir dəstə çiçək Romantik randevular və ciddi konfranslar Keçmişin xatirələri silinir, gözdə kontraslar İndi o sanki mebel, nə xeyri var, nə ziyan Ömürlük paraliç, kirpiklər və tavan [Chorus] (2x) Heç kəs gəlməsin, heç kəs gəlməsin Mən burada təkəm, qoy qalım tək mən Heç kəs gəlməsin, heç kəs gəlməsin Qoy qalım tək mən, qoy qalım tək mən [Verse 3] Deyirlər insan həyatı sadəcə bir sınaq Məncə, bu bədbəxtlərin ümidverici uydurması Axı mənim arzularımda var idi göyə uçmaq Nə oldu bəs qanadlar, möcüzələr dünyası? Avtomobil qəzası, taleyim sürpriz! Qəbul eləyirəm, məni təəccübləndirə bildiniz İndi çəkin geriyə zamanı, bəsdir zarafatlar! Amma Allah istəyir bu filmin davamına baxmaq Mən bədbəxt, yoxsa axmaq? Ölmək ya qalmaq pis? Mənə bir fincan kofe, bir də əzrail, please Yox, yox, bu deyil kapriz, bu sadəcə depressiya Əgər həyat imtahansa, niyə olmur seminar, leksiya? Suallar, cavablar, biliyim nəyə qadir? Mən lap girsəm də cənnətə, o da olacaq qiyabi Yarımçıq insan həyatı, yarımçıq arzular Ya bu həyat bir oyun, ya bizi oynadırlar?