Qaraqan - Əlvidalarımı payladım lyrics

Published

0 1270 0

Qaraqan - Əlvidalarımı payladım lyrics

[Verse 1] Açdım payıza pəncərələri Əlvidaları payladım və qaçdım Qalmayıb yurdum, evim, vətənim Mən özüm özümə yad, qərib və qaçqın Yol boyu qırıb atdığım qəlblərin Hər birinə tapıldı dost və sevgi Topladım çantama nifrətlərini Üzlərinə son dəfə gülüb getdim Bura Tanrını tapmağa gəlmişəm Mən axtarmıram artıq dost, nə düşmən Hisslərimə dərin bir quyu qazdım mən Onları daha istəmirəm bölüşmək Qapılarımı qıfıl vurub arxadan Heç kəsi bir də içimə buraxmadan Burada tək qalmalıyam bir neçə fəsil Bir neçə suallıq tək qalmalıyam Onlar mənə hələ çox deyəcək "dəli" Korlar ölkəsində kimə lazım rəssam Bu ki ahıdır minlərlə qəlblərin Ürək nədir bilməz vəhşi qəssab Boz şəhərin dar küçələrindən məni Sil məni, sən yadından çıxart məni Daşla həqiqəti, sev yenə bütləri Səni məhv eləyəcək sənin həqiqətin Yum gözləri və ona qədər say, dost Getmə dərinə, düşünmə bu qədər, bəsdir Bu mahnılar deyil sənin üçün əyləncə Mənim həqiqətim deyil artıq oyuncaq