[Intro] İS! TƏ! MİR! ƏM! [Verse 1: Qaraqan] İstəmirəm LCD ekran televizor, 600 kan*l İstəmirəm 8800, polifonik, tonal İstəmirəm Adidas, Versace, Dolce-Gabbana İstəmirəm dəbli geyim, dəbli saç uyğun zamana İstəmirəm Mc Donald's, Big Mac, Pizza Portofino İstəmirəm tuz oğlu olum, nə də ki Arlekino İstəmirəm villa, ömürlük sığorta İstəmirəm qonşu ac olanda gedim kurorta İstəmirəm tülkülərdən sonra yuxarı qoyunlar gəlsin İstəmirəm yasım olsun, tanımadığım qohumlar gəlsin İstəmirəm populyarlıq, şöhrət, hamı məndən danışsın İstəmirəm məndən başqa həyatıma kimsə qarışsın İstəmirəm demokratiya, istəmirəm restavratsiya İstəmirəm azad seçki, dünyaya inteqrasiya İstəmirəm Qərb mədəniyyəti, Avropasayağı toy İstəmirəm oğlum bir gün desin "ata, oldum qaluboy" İstəmirəm valideynlərimin puluyla özümü saxlayım İstəmirəm yalandan gülüm, ondansa içdən ağlayım İstəmirəm ölüm geciksin, ya da ki tez gəlsin İstəmirəm döyüş vaxtı yataqda gözümü bağlayım İstəmirəm gücüm artsın, artsın ondansa cəsarət İstəmirəm pullarda xoşbəxtlik, kağızda ədalət İstəmirəm sevgi, xəyanət sonu hamısının, istəmirəm Gələcəyimə falçı baxsın, istəmirəm Yekəpər bədən, ondansa sürətli zərbə İstəmirəm sizdən alqış, istəməyin məndən səhnə İstəmirəm fərqlənmək - fərqli görsənmək üçün İstəmirəm yalan hörmət - içində gizlənmək üçün [Chorus] İS! - İstiqamətim fərqli TƏ! - Tərki dünya qara dərviş MİR! - Miras qaldı mənə keçmişim ƏM! - Əmrimə sadiqəm (bir də) 2x [Verse 2: PRoMete] Hər səhifə mənim, mən də səhifənin O, mən, bir də əldə qələmim Söz güclü, amma deşmə düşməni Tut, baş hərfləri budur mənim [Verse 3: Jamal Ali] İstəmirəm 4 təkər, ona-buna şou göstərmək üçün İstəmirəm pula alınmış diplom, ağıllı görünmək üçün İstəmirəm yaşayım ömrümü valideynlərin hesabına İstəmirəm istəməsəm də şahid olum gəncliyimizin halına İstəmirəm şəhərdə hörmət, əgər təsbehlə ölçülürsə İstəmirəm cəmiyyətdən qiymət, qiymət geyimə verilirsə İstəmirəm şan-şöhrət, özümü gözə soxmalıyamsa İstəmirəm yaxşı oğlan olum, çayxanada qocalmalıyamsa İstəmirəm rus dili bilməyənə yuxarıdan aşağı baxılsın Öz dilində güclə danışmaq bombalıq sayılsın İstəmirəm elit olum, McTualetdə formalaşım İstəmirəm sevgilim olsa, onunla mərmərli parkda fırlaşım İstəmirəm sevilim, onsuz da sevgi pak olmur bu ölkədə İstəmirəm nə göz yaşı, nə ağı, nə ehsan öləndə İstəmirəm avtoqraf alasınız, biz ki müqəddəs deyilik Heykəl indi çoxdur şəhərdə, istəmirəm elə əbədilik Günün pul, qız, iç, çək - İstəmirəm! Özün gəz, iç, baş boş, güc - İstəmirəm! Kef full, dərd, əl, cib, hər nəbz yox, gec başdaş - İstəmirəm! [Chorus] İS! - İstiqamətim fərqli TƏ! - Tərki dünya qara dərviş MİR! - Miras qaldı mənə keçmişim ƏM! - Əmrimə sadiqəm (bir də) 4x