Aygün Kazımova - Səni Dərd Böyüdəcək lyrics

Published

0 278 0

Aygün Kazımova - Səni Dərd Böyüdəcək lyrics

Tanrı elçisidir Məhəmməd, İsa, Yenə bu müqəddəs adlar dirilir. Cəlladlar köhnədir, çarmıxlar təzə, Ağrılar dirilir, dərdlər dirilir. Cəlladlar köhnədir, çarmıxlar təzə, Ağrılar dirilir, dərdlər dirilir. Ağrılar dirilir, dərdlər dirilir. Bu dərdə yiyə dur, sən qorxma oğul, Səni bu dünyada dərd böyüdəcək. Əlim sənə çatmır, darıxma oğul, Dərd səni məndən də mərd böyüdəcək... Dərd səni məndən də mərd böyüdəcək,mərd böyüdəcək... Qoy çəksin süfrədən gözünü aclar, Çörək olmayacaq, ölüm olacaq! Dərddən ağaracaq qapqara saçlar, Hər dərdi bir çəkən gəlin olacaq. Dərddən ağaracaq qapqara saçlar, Hər dərdi bir çəkən gəlin olacaq. Hər dərdi bir çəkən gəlin olacaq. Bu dərdə yiyə dur, sən qorxma oğul, Səni bu dünyada dərd böyüdəcək. Əlim sənə çatmır, darıxma oğul, Dərd səni məndən də mərd böyüdəcək... Dərd səni məndən də mərd böyüdəcək,mərd böyüdəcək... Gör necə qızarır gül ləcəyi tək Ovcumun içində mismar yerləri. Mən sənə hədiyyə gətirəm gərək Bu qanlı gülləri, qızıl gülləri. Mən sənə hədiyyə gətirəm gərək Bu qanlı gülləri, qızıl gülləri. Bu qanlı gülləri, qızıl gülləri. Bu dərdə yiyə dur, sən qorxma oğul, Səni bu dünyada dərd böyüdəcək. Əlim sənə çatmır, darıxma oğul, Dərd səni məndən də mərd böyüdəcək... Dərd səni məndən də mərd böyüdəcək,mərd böyüdəcək...