Aygün Kazımova - Mənim Deyil lyrics

Published

0 254 0

Aygün Kazımova - Mənim Deyil lyrics

Nədir hicran bu ürək bilməzdi Düşünürdüm bu sevgi ölməzdir Mənə göstərdiyin o hiylə, kələk Heç mənim ağlımada gəlməzdi Mənə göstərdiyin o hiylə, kələk Heç mənim ağlımada gəlməzdi Könül verib inandığım Dövrəsində dolandığım Kölgəsində dayandığım O budaqlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil Bu sevgidə nə qədər səhv etdim Sənin hər nöqsanını əfv etdim Bu sənin xasiyyətindir beləsən Çox heyf özüm özümü məhv etdim Bu sənin xasiyyətindir beləsən Çox heyf özüm özümü məhv etdim Elə etmişdim etibar Düşünürdüm dayağım var Qəflətən yağdı bəyaz qar Daha dağlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil Mənə bu sevgi daha məhbəsdir Səsini artıq duyuram yad səsdir Gedirəm məcbur edirsən gedirəm Bu qədər səbr elədim mən bəsdir Gedirəm məcbur edirsən gedirəm Bu qədər səbr elədim mən bəsdir Çox demişdim məni dərk et Sevirəm imdadıma yet Ürəyim versə qərar get Bu ayaqlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil