Aygün Kazımova - Bu Sevgi lyrics

Published

0 190 0

Aygün Kazımova - Bu Sevgi lyrics

Aramızda nə qalır ki, Bir keçilməz dərya var. Yadımızda nə qalır ki, Bir yozulmaz röya var. Yadımızda nə qalır ki, Bir yozulmaz röya var. Səni məndən kim alar ki, Qismətinə kim qalar ki, Mənim olsan nə olar ki, Dağılmaz ki bu dünya. Mənim olsan nə olar ki, Dağılmaz ki bu dünya. Bu çalınan nə kamandır, Ürəyimin telləri. Görüşmürük nə zamandır Saymaq olmur illəri. Görüşmürük nə zamandır Saymaq olmur illəri. Bilməz idim sinəmdəsən, Bu kimsəsiz aləmdəsən. Qarşılaşsan mənimlə sən Dağılmaz ki bu dünya. Qarşılaşsan mənimlə sən Dağılmaz ki bu dünya.