Aygün Kazımova - Azərbaycan Qızıyam lyrics

Published

0 282 0

Aygün Kazımova - Azərbaycan Qızıyam lyrics

Mən bu elin qızıyam, anamdır Azərbaycan Mən onun sinəsindən,süd əmib zaman zaman Böyüyüb boy atmışam, saf suları qanımdır. Uca dağı vüqarım, torpağı dərmanımdır. Fərhad dağda külünglə, surətimi qazıbdır Şirin sədaqətini tarixlərə yazıbdır Qəribin Sənəmiyəm,Koroğlunun Nigarı Nəbiyə Həcər olub, dolanmışam dağları. Demirəm bir dənəyəm Gözəllik ulduzuyam Hər evin öz evladı Azərbaycan qızıyam. Bur torpaq gözlərimə, rəngindən rəng veribdir Səsimə öz səsindən, sular ahəng veribdir Ay verib ayrısını, lalələr dodağımı Günəş şəffəqlər ilə, boyayır yanağımı. Fərhad dağda külünglə, surətimi qazıbdır Şirin sədaqətini tarixlərə yazıbdır Qərib Sənəmiyəm, Koroğlunun Nigarı Nəbiyə Həcər olub, dolanmışam dağları. Demirəm bir dənəyəm Gözəllik ulduzuyam Hər evin öz evladı Azərbaycan qızıyam