Aygün Kazımova - Ağ Çiçəklər lyrics

Published

0 274 0

Aygün Kazımova - Ağ Çiçəklər lyrics

Mənim ömrüm qəmli kitab Hər sətiri bir iztirab Bu taleyin oyununda Qismət payım minbir əzab Naxış vurar ilmə-ilmə Nazın olar kəlmə-kəlmə Qəlb qapısı açıq qalıb Necə deyim kədər kəlmə Sirdaşımdır ağ çiçəklər Göz yaşımdır çiçəklər Kor bəxtimin xalısında Naxışımdır çiçəklər Dərd uzanır aydan-ilə Qarşılaram gülə-gülə Qaranlıqdan səhərəcən Şam əriyir gilə-gilə Doğmalaşıb gündüz-gecə Hər birində var işgəncə Yazıram öz həyatımı Buta-buta, qönçə-qönçə Sirdaşımdır ağ çiçəklər Göz yaşımdır çiçəklər Kor bəxtimin xalısında Naxışımdır çiçəklər (poetry) Mənim ömrüm qəmli kitab Hər sətiri bir iztirab Bu taleyin oyununda Qismət payım minbir əzab Qismət payım minbir əzab