Sevgilim, öpdüm, sığalladım tellərini mən
Sevgilim, dərdim qönçə vaxtı güllərini mən
Qışda sənə yetib, güllü yaz oldum
Dinmədim vəsmində çılğın saz oldum
Sənə can-can deyən candan üzüldüm
Sevirəm demədim mən
Sevirəm demədim mən
Uçmağa mən verdim qol-qanad sənə
Toy, bayram gətirdi bu həyat sənə
Sədaqətim oldu mükafat sənə
Sevirəm demədim, necə deyəydim?
Sevdi əlim, qolum, sevdi gözlərim
Sevdi gülülərim, şirin sözlərim
Sevdi yollarına düşən izlərim
Sevirəm demədim, necə deyəydim?
Sevirəm demədim, necə deyəydim?
Demədim, bu eşqə əlvida, necə deyəydim?
Demədim, qoy vüsal nəğməmiz uçub getməsin
Mən dağ yeri oldum, sən yaz çiçəyi
Mənim nəfəsimlə doldu ləçəyin
Səni yana-yana sevdi ürəyim
Sevirəm demədim, necə deyəydim?
Sevirəm demədim, necə deyəydim?
Uçmağa mən verdim qol-qanad sənə
Toy, bayram gətirdi bu həyat sənə
Sədaqətim oldu mükafat sənə
Sevirəm demədim, necə deyəydim?
Sevdi əlim, qolum, sevdi gözlərim
Sevdi gülülərim, şirin sözlərim
Sevdi yollarına düşən izlərim
Sevirəm demədim, necə deyəydim?
Sevirəm demədim, necə deyəydim?
Sevirəm demədim, necə deyəydim?
Sevirəm demədim, necə deyəydim?