Sənsiz məndə dözüm yoxdur
Səndən özgə kəsim yoxdur
Səsin yoxsa, səsim yoxdur,
Səsim səsinə öyrəşib
Çox baxmışam yollarına
Qol salmışam qollarına
Bəxtim qızıl xallarına
Üzüm üzünə öyrəşib
Aylar illər keçə-keçə,
Bir olmuşuq gündüz-gecə
Səndən sonra axı necə
Mən özgəsinə öyrəşim...
Əlim zərif əllərinə
Dilim şirin dillərinə
Telim ipək tellərinə,
Gözüm gözünə öyrəşib
Bu eşqin möhkəmliyini
Dəmir kimi, polad kimi
Ruhum qaynar həyat kimi,
Bu el səsimə öyrəşib
Aylar illər keçə-keçə,
Bir olmuşuq gündüz-gecə
Səndən sonra axı necə,
Mən özgəsinə öyrəşim...
Aylar illər keçə-keçə,
Bir olmuşuq gündüz-gecə
Səndən sonra axı necə,
Mən özgəsinə öyrəşim...
Aylar illər keçə-keçə,
Bir olmuşuq gündüz-gecə
Səndən sonra axı necə,
Mən özgəsinə öyrəşim...