Sevər kövrek ürəyim,
Yaman xəyala dalıb,
Qərib bir durna kimi
Azıb, qatardan qalıb... Nəqarətsiz nəğmə tək
Sözüm ürəkdə qaldı
Həzin axan bulaqlar
Hicran nəğməsi çaldı... Keçdiyimiz yolları, inan unutmamışam
Aylar, illər keçsə də, yadımdadı son axşam Qayıt qayıda bilsən, taleyimden getmisən
Görüşümə gəlməsən, yuxuma gəlməlisən... Elə bil əllərinlə
Söndürdün günəşimi
Bu vida gedişinlə
Apardın gülüşümü Sınadım neçesini
Sevdim tek bircesini
Söyle nece unudum
Ayrılıq gecesini? Keçdiyimiz yolları, inan unutmamışam
Aylar, illər keçsə də, yadımdadı son axşam
Qayıt qayıda bilsən, taleyimden getmisən
Görüşümə gəlməsən də, yuxuma gəlməlisən... Keçdiyimiz yolları, inan unutmamışam
Aylar, illər keçsə də, yadımdadı son axşam
Qayıt qayıda bilsən, taleyimden getmisən
Görüşümə gəlməsən, yuxuma gəlməlisən...