Bu dünya sevincim mənim, heç nəyin fərqi yoxdur
Bir kimsə könlümcə deyil, arxamca sürünən çoxdur
Bu gecə unutdum səni, gəl unut sən də məni
Kədərinlə ağlatma sən, bu gecə nəşəli gecə.
Gizlədib göz yaşımı
Kədərə sirdaş olub
Ağlayır köhnə yaram.
Dərd əlindən içirəm
Görənlər nə bilsin ki
Özüm-özümü aldadıram.
Kaş ki, içə biləydim mən bu sevginin şərabını
Unuda bilmirəm axı mən sənin günahını
Bu dünya kədərə dəyməz, bu sevgi geri dönməz
Dərd ölər, məhəbbət ölməz, bu gecə nəşəli gecə
Gizlədib göz yaşımı
Kədərə sirdaş olub
Ağlayır köhnə yaram.
Dərd əlindən içirəm
Görənlər nə bilsin
Özüm-özümü aldadıram.
Off...
Gizlədib göz yaşımı...
Özümü aldadıram...