Dünən gördüyün durnalar,
Uçub getdi qatar-qatar,
Dəyişdi bu zamanlar,
Eşqi nakəsə satar
Gəl inan bu məhəbbətə,
Birgə ömrü vuraq başa
Biz yol açaq səadətə,
Dönməsin ürək daşa
Aylar keçdi, illər ötdü,
Xatirələr yada düşdü,
Bu sevginin təranəsi
El-obada dilə düşdü
Demə vaxtım ötüb-keçdi,
Döndü acı xatirələr,
Demə mənə "artıq gecdi"
Mən olmuşam, varam hələ
Yenə gözəlmiş bu həyat,
Yaratmış Tanrı bizə,
Qoy bizim taleyimiz
Qovuşdursun bizi bizə
Bu ömrümün nəğməsini,
Mən dünyaya bağışlaram
Tale mənə nə etsə də
Mən olmuşam, həm də varam
Aylar keçdi, illər ötdü,
Xatirələr yada düşdü,
Bu sevginin təranəsi
El-obada dilə düşdü
Demə vaxtım ötüb-keçdi,
Döndü acı xatirələr,
Demə mənə "artıq gecdi"
Mən olmuşam, varam hələ