Ölüm yatağında istərəm ki sən
Başımın üstündə donub durasan
Gözlərin dikilsin donuq gözümə
Qəlbimi gözündə görüb donasan
Ölüm yatağında istərəm ki sən
Başımın üstdə donub durasan
Gözlərin dikilsin donuq gözümə
Qəlbimi gözündə görüb donasan
Istərəm anlayıb duyasan məni
Sadə bir baxış işarəti ilə
Əllərin əlimdə olmasa belə
Qəlbimin istisi yandırsın səni
istərəm köç edib getsəm dünyadan
Sənin bircə anın mənsiz olmasın
Köksündə yurd salıb həmişə hər an
Qəlbimin hakimi yadlar olmasın
istərəm köç edib getsəm dünyadan
Sənin bircə anın mənsiz olmasın
Köksündə yurd salıb həmişə hər an
Qəlbimin hakimi yadlar olmasın
Istərəm anlayıb duyasan məni
Sadə bir baxış işarəti ilə
Əllərin əlimdə olmasa belə
Qəlbimin istisi yandırsın səni
Istərəm anlayıb duyasan məni
Sadə bir baxış işarəti ilə
Əllərin əlimdə olmasa belə
Qəlbimin istisi yandırsın səni...